XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

11 Mart 2019 - 11:29

Ötən iki gün ərzində cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb –DİN

İstirahət günləri bağlı qalan 20 cinayətin üstü açılıb, şübhəli bilinən 57 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, Respublikanın daxili işlər orqanları tərəfindən 2 gün ərzində 42 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılması təmin olunub.  Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 24 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.