XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

11 Mart 2019 - 17:11

Yevlaxda narkotik satan şəxslər saxlanılıb –Polis əməliyyatı

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbirləri keçirilib.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Strateq.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayon sakini Gəray Xəlilovdan 0.712 qram heroin aşkar edilərək götürülüb. Aparılan araşdırmalarla G. Xəlilova narkotiki satmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Zaur Daşdəmirov saxlanılıb.

Yevlax RPŞ-nin əməkdaşlarının keçirdiyi digər əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Eyvaz Göyüşovdan 0.324 qram heroin aşkar edilərək götürülüb.

E. Göyüşovun ətrafında davam etdirilən araşdırmalarla narkotiki əldə etdiyi mənbə də müəyyən edilib. Belə ki, rayon sakini, əvvəllər məhkum olunmuş Rüstəm Babayev saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun üzərinə şəxsi baxış keçirilən zaman 5 ədəd tramadol həbləri də aşkar edilib.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.