XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

11 Mart 2019 - 18:45

Stavropolda baş vermiş qəzada xəsarət alan daha bir azərbaycanlı vəfat edib –Xəstəxanada

Stavropolda Bakıdan Moskva istiqamətində hərəkətdə olan mikroavtobusun qəzaya uğraması nəticəsində yaralanan azərbaycanlılardan biri xəstəxanada dünyasını dəyişib.

Bu barədə ONA-ya Stavropoldakı Azərbaycan diasporunun rəhbəri Fəxrəddin Yarıyev məlumat verib. Onun sözlərinə görə, hadisədə xəsarət almış Xəyal Şükürov bu gün səhər saatlarında xəstəxanada ölüb. Hazırda onun cənazəsinin Azərbaycana göndərilməsi ilə bağlı iş aparılır.

Qeyd edək ki, hadisə martın 6-da səhər saatlarında baş verib. Bakıdan Moskva istiqamətində hərəkətdə olan mikroavtobusun ZİL markalı yük maşını ilə toqquşması nəticəsində 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.