XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

12 Mart 2019 - 11:35

Bakıda mağazadan oğurluq –5 nəfər tutuldu

Paytaxtın Nizami rayonu ərazisində mağazadan oğurluq etmiş dəstə üzvləri saxlanılıb.

DİN Mətbuat Xidmətindən Strateq.az-a verilən məlumata görə, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 75 manat pul və 2300 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Gədəbəy rayon sakini Y.Həmzəyev, əvvəllər məhkum olunmuşlar – Qəbələ rayon sakini H.Yusibov, Xaçmaz rayon sakinləri F.Nurməmmədov və T.Muxtarov saxlanılıblar.

Araşdırma aparılır.