XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

12 Mart 2019 - 12:27

Bakıda daha bir silahlı şəxs saxlanıldı –DİN-dən açıqlama

Bakıda üzərində “Makarov” markalı tapança gəzdirən Lənkaran sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, Pirallahı Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində üzərində qanunsuz silah gəzdirməkdə şübhəli bilinən Lənkəran rayon sakini X.Xəlilov saxlanılıb.

Ondan “Makarov” markalı tapança və 4 ədəd patron götürülüb.

Araşdırma aparılır.