Xuliqanlıqda ittiham olunan idmançı Kamil Zeynallının barəsində məhkəmə qərarı açıqlanıb.
Teleqraf.com xəbər verir ki, Nərimanov rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə baş tutan prosesdə Kamil Zeynallının barəsində polis tərəfindən tərtib edilmiş protokol araşdırılıb.
Məhkəmə araşdırma aparandan sonra Kamil Zeynallının barəsində 10 gün müddətinə həbs qərarı verib.
Daha sonra Kamil Zeynallı saxlanılması üçün müvəqqəti saxlanma təcridxanasına göndərilib.