XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Mart 2019 - 11:57

“Hacı Məmmədovun işi”-Sabiq polis polkovnikinin cəzası 20 ilə endirilib (FOTO)

Qobustan qapalı tipli həbsxanasında əfv sərəncamı tətbiq olunanlar arasında Kamil Sədrəddinov da var. 

“Report” xəbər verir ki, Prezident İlham Əliyevin martın 16-da imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə onun ömürlük həbs cəzası 20 il həbs cəzası ilə əvəzlənib.

K.Sədrəddinov cəzaçəkmə müəssisəsinə köçürüləcək.  Qeyd edək ki, K.Sədrəddinov DİN-in Baş Cinayət Axtarış İdarəsinin əmlak cinayətlərinə qarşı mübarizə şöbəsinin rəisi olub. O, DİN-in Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və onun bandasının cinayət işi üzrə tutulub.

Xatırladaq ki, Prezident İlham Əliyevin martın 16-da imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı, ümumilikdə, 431 nəfərə şamil olunub.