XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

18 Mart 2019 - 10:44

Terrorçunun ailəsi üzə çıxdı, üzr istədi:"Hamıdan gizlənmək istəyirik”

Yeni Zelandiyada iki məsciddə 50 müsəlmanı öldürüb, 50 nəfəri yaralayan terrorçu Brenton Tarrantın Avstraliyada yaşayan ailə üzvləri çətin olsa da, media qarşısına çıxıblar.

T24-ün məlumatına görə, Tarrantın 81 yaşlı nənəsi Mariya Fitcerald xəbəri eşidəndə dəhşətə gəldiyini bildirib : “Ailəmizdən kiminsə belə bir şey etməsini qəbul etmək çox çətindir. Bunun heç kimi geri qaytarmayacağını bilsək də, ölənlərin ailələrinə və yaralananlara görə çox heyfsilənirik. Biz onlardan üzr istəyirik. Sadəcə evdə qalıb, hamıdan gizlənmək istəyirik”.

Terrorçunun digər nənəsi, 94 yaşlı Coys Tarrant isə nəvəsinin yaxşı uşaq olduğunu, bu qətliamı qəbul edə bilmədiklərini deyib. Tarrantın anası Şaron Tarrant müəllim işləyir və o xəbəri dərsdə ikən öyrənib. Hazırda terrorçunun ailəsi polis tərəfindən qorunur.