XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

18 Mart 2019 - 11:02

Yeni Zelandiyada terror törədən şəxs vəkildən imtina edib:“Zehni problemlərdən əziyyət çəkənə oxşamır”

Yeni Zelandiyada iki məsciddə kütləvi qırğın törətməkdə ittiham olunan 28 yaşlı avstraliyalı məhkəmənin təyin etdiyi vəkildən imtina edib, özünü müdafiə edəcəyini bildirib.

Strateq.az Azadlıq radiosuna istinadən bildirir ki, məlumatı Brenton Tarrantı hazırlıq iclasında təmsil edən Riçard Peters verib. Vəkilin martın 18-də “Frans Pres”ə bildirməsinə görə, həmin şəxs vəkil istəmədiyini deyib: “O, özünü rasional şəkildə təqdim edib, zehni problemlərdən əziyyət çəkənə oxşamır. Elə görünürdü. Nəyin baş verdiyini dərk edən kimi görünürdü”, – Peters deyib.

Martın 15-də Kraystçörç şəhərində iki məscidə hücum zamanı 50 nəfər öldürülüb, 40 nəfər xəsarət alıb. Tarranta martın 16-da qətl törətmək ittihamı irəli sürülüb, amma hakim əlavə ittihamların veriləcəyini deyib. Tarrantın ağdərili irqçi olduğu bildirilir, atışmadan öncə yazdığı manifestdə müsəlmanlara qarşı fikirlər yer alıb.

DAHA BİR NƏFƏR İTTİHAM OLUNUR

Ondan başqa, 18 yaşlı bir nəfər də Yeni Zelandiya məhkəməsində ittiham olunur, o, “Al Nur” məscidindəki kütləvi qırğını canlı yayımladığna görə məhkəmə önünə çıxarılıb. Adı açıqlanmayan həmin şəxs məscidin fotosunu yayaraq üstündə “hədəf ələ keçirildi”, yazdığına, zorakılığı qızışdırdığına görə ittiham olunur. Prokurorlar onun hər bir ittiham üzrə 14 ilədək həbsə məhkum oluna biləcəyini deyiblər. O, zaminə buraxılmayıb, aprelin 8-də məhkəmə qarşısına çıxarılacaq. Ondan üç gün öncə isə Tarrantın məhkəməsi başlanacaq. Yeni Zelandiyadakı məscidlərlə öldürülənlərə görə Pakistan martın 18-ni milli matəm günü elan edib. “Bütün millət bu şokdan dolayı matəm içindədir”, – Xarici işlər naziri Şah Mahmud Qureyşi martın 17-də İslamabadda jurnalistlərə deyib.

Məscidlərə hücum zamanı Pakistan, Əfqanıstanda, Banqladeş, Türkiyə və bir sıra digər ölkə vətəndaşları qətlə yetirilib. Pakistana diqqət özəlliklə ona görə yönəlib ki, qurbanlardan biri – 50 yaşlı Mian Naim Rəşid 22 yaşlı oğlu ilə birlikdə hücum edən tərksilah etməyə çalışıb. Hər ikisi həlak olublar. Pakistanın Baş naziri Imran Xan Rəşidi  milli qəhrəman adlandırıb.

Martın 18-də səhər Avstraliya polisi Nyu Saus Uels ştatının şəhərlərində axtarış apardığını bildirib. Polisin bildirməsinə görə, axtarış şübhəli silahlının böyüdüyü evlərdə aparılıb. Amma o, son on ilin böyük hissəsini ölkədən kənarda keçirib.