XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 March 2019 - 12:23

İranda ticarət gəmisi batdı –FOTO

İranın cənubunda Hörmüzqan vilayətinin Şəhid Rəcayi limanında yüzlərlə konteyneri olan ticarət gəmisi batıb.

Trend-in məlumatına görə, limana yan almaq istəyən gəmi batıb. Şahidlər bildiriblər ki, gəmi batarkən ekipaj heyəti suya düşüb və onların öldüyü ehtimal edilir. İranın Limanlar və Dənizçilik Təşkilatının sədr müavini Hadi Haqşünas bildirib ki, gəminin 14 nəfərlik ekipaj heyəti xilas olunub və bir nəfər yaralanıb. Ekipaj heyətinin üzvləri Hindistan vətəndaşlarıdır.

H.Haqşünas gəmidə 153 konteynerin olduğunu deyib. Təşkilat rəsmisi əlavə edib ki, gəmidə kalium xlorid, kalsium-karbonat, mis konsantratı, sənaye yağı, püstə olub.