XƏBƏR LENTİ

25 Fevral 2020
24 Fevral 2020

Digər Xəbərlər

22 Mart 2019 - 11:55

Goranboyda yük avtomobili ilə “Ford” toqquşub:2 nəfər yanaraq ölüb

Goranboy rayonunda “Mercedes” markalı yük avtomobili və “Ford” markalı minik avtomobili toqquşub.

Trend Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində minik avtomobilinin yanar hissələri yanıb.

Yanğının kəşfiyyatı zamanı minik avtomobilində aşkarlanan 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) yanmış meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Yük avtomobili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.