XƏBƏR LENTİ

25 Fevral 2020
24 Fevral 2020

Digər Xəbərlər

22 Mart 2019 - 15:21

“Azəriqaz” Respublika Olimpiya Mərkəzini məhkəməyə verib- Qərar açıqlanıb

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində ”Azəriqaz” İstehsalat Birliyinin Azərbaycan Respublikası Olimpiya Mərkəzinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi başa çatıb.

ONA-nın xəbərinə görə, hakim Etibar Mustafayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, iddia təmin edilib.

Məhkəmə istifadə olunmuş təbii qaza görə yaranmış 12155 manat əsas borc məbləğinin və 30 manat məbləğində dövlət rüsumu cavabdeh Azərbaycan Respublikası Olimpiya Mərkəzindən tutularaq “Azəriqaz” İB-nin hesabına ödənilməsinə qərar verib.