Goranboyda yanğınla və ölümlə nəticələnən yol qəzası baş verib.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Borsunlu kəndində qeydə alınıb.
“Ford” markalı 20-CH-879 dövlət nömrə nişanlı avtomobilin 1978-ci il təvəllüdlü Nemət Süleyman oğlu Məmmədovun idarə etdiyi, 09-BL-987 dövlət nömrə nişanlı “Mercedes” markalı yük maşınına çırpılması nəticəsində minik avtomobilində yanğın baş verib. Nəticədə şəxsiyyətləri hələlik məlum olmayan 2 nəfər hadisə yerində yanaraq ölüblər.
Hazırda ölənlərin şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, daha əvvəl də rayonun Borsunlu kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.