XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 March 2019 - 14:41

Sumqayıtda 59 yaşlı qaynaqçı iş zamanı ölüb

Sumqayıt şəhərində 59 yaşlı qaynaqçı iş zamanı ölüb.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə “Beton zavod” adlanan ərazidə qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1960-cı il təvəllüdlü Sergey Nikolayeviç Sergeyevin həmin ərazidə qaynaq işləri apararkən anidən ürəyi dayanıb. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.