XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

23 Mart 2019 - 16:56

Son iki gündə 4 nəfər yol qəzalarının qurbanı olub- DİN

Son iki gündə 4 nəfər yol qəzalarının qurbanı olub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, martın 20-də Azərbaycanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Martın 21-də 1 ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəza nəticəsində 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb.