ABŞ-ın San-Fransisko şəhərində (Kaliforniya ştatı) atışma baş verib.
Trend-in məlumatına görə, hadisə yerli vaxtla 22:40-da baş verib. Polisin verdiyi məlumata əsasən, atışma nəticəsində bir nəfər ölüb, üç nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb, onlardan birinin vəziyyəti ağırdır.