XƏBƏR LENTİ

11 İyul 2020
10 İyul 2020

Digər Xəbərlər

25 Mart 2019 - 21:33

Ağcabədidə ağır yol qəzası:1 nəfər ölüb, 4 nəfər yaralanıb

Ağcabədi rayonunda baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

“Report”un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, rayonun Hindarx qəsəbəsi ərazisində “VAZ-2106” və “Lada Priora” markalı avtomobil toqquşub.

Nəticədə “VAZ-2106” markalı avtomobilin sərnişini, Ağcabədinin Hacibədəli kənd sakini Sultan Zeynalov hadisə yerində ölüb.

Qəza zamanı hər iki avtomobilin sürücüləri və iki sərnişin xəsarət alıb. Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.