XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 March 2019 - 15:25

13 yaşlı yeniyetməni maşın vuraraq öldürüb- Ağdamda

Ağdam rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun Əfətli kəndi ərazisində qeydə alınıb.

Yol-nəqliyyat hadisəsi zamanı ölən piyadanın kimliyi məlum olub. Bu, Ağdam rayonunda məskunlaşmış məcburi köçkün, 2006-cı il təvəllüdlü İbrahim Məmməd oğlu Abbasovdur. O, ağır vəziyytədə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Birliyinin Bərdə rayon şöbəsinə gətirilib. Müayinədən sonra aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.