“Diqlas” Ticarət Mərkəzinin yerləşdiyi binada söküntü işlərinə başlanılacaq”.
Bunu “Report”a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı deyib.
O bildirib ki, söküntü işləri yaxın günlərdə həyata keçiriləcək: “Bina tam söndürülüb. Soyutma işləri yekunlaşdırılıb. Hazırda binanın aidiyyatı üzrə təhvil-təslimi ilə bağlı işlər aparılır”.