Yasamalda silahlı şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətindən Strateq.az-a verilən məlumata görə, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində üzərində qanunsuz olaraq silah daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş K.Şuari saxlanılıb: “Şəxsi axtarış zamanı ondan nömrəsi silinmiş “TT” markalı tapança aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır”.