XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 March 2019 - 18:26

Sahibkarlar prokurorluqda dindirilir –"Diqlas"dakı yanğınla bağlı

“Diqlas” ticarət mərkəzində yanğın nəticəsində zərər çəkən sahibkarlar Nizami Rayon Prokurorluğunda dindirilir.

“Report”un xəbərinə görə, dindirmə zamanı onların anket məlumatları dəqiqləşdirilib, dəymiş ziyanla bağlı suallar verilib.

Sahibkarların verdiyi məlumata görə, dindirilmə bir neçə gün davam edəcək.

Xatırladaq ki, martın 26-da Bakının Nizami rayonu, Qara Qarayev prospekti, 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində yanğın olub. Ticarət mərkəzi tamamilə yararsız hala düşüb.