XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 March 2019 - 11:42

DİN:"Ötən gün qeydə alınmış 17 cinayətin üstü “isti izlər”lə açılıb"

Respublikanın daxili işlər orqanlarının əməkdaşları ötən gün qeydə alınmış 17 cinayətin üstünü “isti izlər”lə açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Strateq.az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış altı cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 67 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 54 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 12 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.