XƏBƏR LENTİ

25 Fevral 2020
24 Fevral 2020

Digər Xəbərlər

30 Mart 2019 - 14:55

Şəmkirdə betonqarışdıran maşın aşıb:ölən var+FOTO

Şəmkirdə ölümlə nəticələn ağır yol qəzası baş verib.

ONA-nın qərb bürosunun məlumatına görə, hadisə rayonun “Kraz” yolu adlanan ərazidə qeydə alınıb. 57 yaşlı Eldəniz Arifli idarə etdiyi betonqarışdıran yük maşını ilə hərəkətdə olarkən idarə etməni itirib. Nəticədə yük maşını aşıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Xilasedicilər sürücün sıxılmış vəziyyətdə qalan meyitini çıxardaraq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.