XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

01 Aprel 2019 - 21:27

Cəlilabadda oğulun atasını döyərək öldürməsinin təfərrüatı məlum olub- DİN-dən açıqlama

Cəlilabad rayonunda oğul atasını döyərək qətlə yetirib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Report”a verilən məlumata görə, hadisə martın 30-da saat 2 radələrində rayonun Göytəpə şəhərində baş verib.

Belə ki, əvvəllər məhkum olunmuş O.Dadaşov yaşadığı evdə münaqişə zəminində atası Feyzulla Dadaşovu döyərək qətlə yetirib.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində O.Dadaşov saxlanılıb. Ondan narkotik vasitə olan heroin götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb.