XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

02 Aprel 2019 - 11:40

Silah-sursat aşkar edilərək götürülüb –Xocavənddə + FOTO

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Strateq.az-a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində 2 ədəd 16 kalibrli “İJ” markalı ov tüfəngləri, 1 ədəd idman təyinatlı tapança, 1ədəd pnevmatik tapança, 8 ədəd pulemyot patronu və 1 ədəd “DŞK” patronu aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.