XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

03 Aprel 2019 - 10:32

Bakının mərkəzində nazirliyə məxsus binadakı yanğın söndürüldü –VİDEO

Mədəniyyət Nazirliyinin strukturuna daxil olan Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin binasında baş verən yanğın söndürülüb.

Bu barədə “Report”a açıqlamasında Mərkəzin rəhbəri Asif Usubalıyev məlumat verib.

O bildirib ki, yanğın səhər saat 7 radələrində başlayıb: “Yanğın artıq söndürülüb. Binanın üçüncü mərtəbənin bir hissəsi və damı zərər çəkib. Hələ tədqiqat gedir. İlkin ehtimala görə hadisə qısaqapanma nəticəsində baş verib”.

Hadisə yerinə “Təcili tibbi yardım” maşınları cəlb olunub. Xəsarət alan yoxdur.