XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

04 Aprel 2019 - 10:25

Elmi-Tədqiqat İnstitutundan 300-ə yaxın meyvə tingləri oğurlandı –Bir nəfər saxlanılıb

Quba rayon sakini Ağalar Yarəliyev RPŞ-nə ərizə ilə müraciət edərək rayon ərazisində yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun təcrübə sahəsindən meyvə tinglərinin oğurlanması barədə məlumat verib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Strateq.az-a verilən məlumata görə, məlumatla əlaqədar polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, oradan ümumi sayı 300-ə yaxın gilas, heyva, badam və şaftalı tinglərinin oğurlandığı müəyyən edilib.

RPŞ-nin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayonun Barlı kənd sakini, 33 yaşlı Xəyyam Mirişov saxlanılaraq polis şöbəsinə gətirilib.

Dindirilmə zamanı həmin şəxs törətdiyi hadisəni etiraf edərək, tingləri bağ sahəsində əkib becərmək üçün oğurladığını bildirib. Oğurlanan tinglər maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülərək təcrübə bazasına təhvil verilib.

Faktla bağlı Quba RPŞ-də araşdırma aparılır.