XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Aprel 2019 - 15:24

“Bakubus”un avtobusu səfirliyin maşını ilə toqquşdu –FOTO

“Bakubus” avtobusu qəzaya düşüb.

Hadisə Yasamal rayonunda qeydə alınıb.

Məlumata görə, Bakubus avtobusu Moldovanın Azərbaycandakı səfirliyinə məxsus “Toyota Prado” markalı 040 D 001 qeydiyyat nişanlı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində ölən və yaralanan olmasa da, hər iki nəqliyyat vasitəsinə ziyan dəyib.

Qeyd edək ki, bu, “Toyota Prado” markalı 040 D 001 qeydiyyat nişanlı minik avtomobilinin ilk qəzası deyil. 2017-ci ildə də həmin avtomobil Yasamal rayonu ərazisində qəzaya düşmüşdü/Report.