XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

04 Aprel 2019 - 16:12

Piyadanı vurub qaçan sürücü həbs olundu –Bakıda

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə Bakı şəhər sakini H.Məmmədzadənin avtomobillə vurulması barədə müraciət daxil olub.

DİN Mətbuat Xidmətindən Strateq.az-a verilən məlumata görə, araşdırmalarla H.Məmmədzadənin cari il mart ayının 27-də saat 22 radələrində Yeni Yasamal-2 yaşayış sahəsində yolu keçərkən vurulması müəyyən edilib.

Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmiş və yol-nəqliyyat hadisəsinin “Jeep” markalı avtomobillə törədildiyi müəyyən olunub.

DİN-in Təhlükəsiz Şəhər Xidməti, Bakı ŞBPİ DYPİ, Binəqədi RPİ 4-cü Polis Şöbəsi və Yasamal RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini N.Bəybalıyev saxlanılıb.

Araşdırma aparılır.