XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

06 Aprel 2019 - 14:57

Rusiya vətəndaşları Şamaxıda yol qəzasına düşüb- 6 nəfər xəsarət alıb

Şamaxı rayonunda yol qəzası baş verib.

“Report”un Şirvan bürosunun məlumatına görə, hadisə aprelin 6-da günorta saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 119-cu kilometrliyində, Şamaxı rayonu ərazisində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Qeyd edək ki, xəsarət alanlardan ikisi Rusiya vətəndaşıdır.

Faktla bağlı araşdırma aparılır.