XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

29 Fevral 2016 - 12:05

Qaraçuxurdakı məscidi yandırmaqda təqsirləndirilən şəxslərinməhkəməsi təxirə salınıb

mehkeme 5

 

Ağır Cinayətlər Məhkəməsində Qaraçuxurda məscidi yandırmaqda təqsirləndirilən Namiq Nəsibov və Elnur Ələkbərovun cinayət işi üzrə məhkəməsi təxirə salınıb.

 

Strateq.az report.az-a istinadən xəbər verir ki,hakim Rauf Əliyevin sədrliyi ilə keçirilməli olan prosesin təxirə salınmasına səbəb N.Nəsibovun vəkilinin iclasda iştirak etməməsi olub.

 

Məhkəmənin növbəti iclası martın 7-nə təyin edilib.

 

Xatırladaq ki, dövlət ittihamçısı məhkəmədən E.Ələkbərovun 15 il, N.Nəsibovun isə 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Qeyd edək ki, 2014-cü ilin noyabr ayının 26-da Qaraçuxur qəsəbəsində yerləşən "Cümə" məscidinə yandırıcı maye ilə doldurulmuş şüşə butulkalar atılaraq yanğın törədilib. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Namiq Nəsibov və Elnur Ələkbərov saxlanılıblar. Onlar barəsində Cinayət Məcəlləsinin 214.2.1-ci (terrorçuluq), 228.2.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Müəyyən edilib ki, N.Nəsibov 2014-cü ilin avqust-sentyabr aylarında "PKK" terror təşkilatının nəzarətində olan Suriya Ərəb Respublikasının ərazilərinə gedərək oradakı döyüşlərdə iştirak edib. O, Suriyanın Kobani şəhərindən qayıtdıqdan sonra E.Ələkbərov ilə birgə "PKK" terror təşkilatının respublikamızda qanadı olaraq qeyri-rəsmi "Yekbun" təşkilatını yaradıb və ətraflarına tərəfdarlar toplamaq işinə başlayıblar. N.Nəsibov və E.Ələkbərov internetdə sosial şəbəkələr vasitəsilə yaratdıqları təşkilatın adından Bakı şəhərində aksiyaların keçirilməsi üçün çağırışlar da edib.