XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

09 Aprel 2019 - 11:11

Avtoservisdən “Mercedes” markalı maşını qaçıran şəxs saxlanıldı –Bakıda

Aprelin 8-də Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Əliyev aprelin 7-də günorta satlarında Ə.Naxçıvani küçəsində yerləşən avtoservisdən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.

DİN Mətbuat Xidmətindən Strateq.az-a verilən məlumata görə, 5-ci Polis Bölməsi və Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini Mübariz Abdullayev həmin avtomobillə birgə Q.Qarayev prospektində saxlanılıb.

Araşdırmalar aparılır.