XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

09 Aprel 2019 - 12:15

Məcburi köçkünü bıçaqlayan şəxs tutuldu –Xırdalanda əməliyyat

Aprelin 7-də saat 21 radələrində Xırdalan şəhəri ərazisindən Cəbrayıl rayon sakini T.Quliyevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub.

DİN Mətbuat Xidmətindən Strateq.az-a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər xuliqanlığa görə məhkum olunmuş R.Rzayev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

​T.Quliyev həmin gün xəstəxanada ölüb.

​Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanılıb.