75 ədəd çətənə kolu məhv edildi –Tərtərdə əməliyyat

Tərtərdə həyətyanı sahədə yabanı halda bitmiş çətənə kolları məhv edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, Tərtər RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında Yuxarı Qapanlı kənd sakini S.Quliyevin həyətyanı sahəsində keçirdikləri əməliyyat tədbirləri nəticəsində orada yabanı halda bitmiş 75 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.