Moskvada metro stansiyası yaxınlığında əlində kəsilmiş uşaq başı olan qadın saxlanılıb.
REN TV-nin məlumatına görə, “Oktyabrskoye pole” metro stansiyası yaxınlığında əlində kəsilmiş uşaq başı olan hicablı qadın özünü partlatmaqla hədələyib.
Strateq.az-ın apa.az-a istinadən verdiyi xəbərə görə, bu barədə “Moskva” agentliyinə Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin rəsmi nümayəndəsi Yuliya İvanova bildirib.
Qeyd edək ki, bu gün səhər “Oktyabrskoye pole” metro stansiyasına yaxın ərazidə mənzildə yanğın baş verib. Yanğın söndürüldükdən sonra hadisə yerində 3-4 yaşlı uşağın başı kəsilmiş meyiti aşkarlanıb. İlkin ehtimallara görə, uşaq öldürüldükdən sonra mənzil yandırılıb.
Y.İvanovanın sözlərinə görə, həmin qadın qətlə yetirilən uşağın dayəsi olub.
Faktla bağlı araşdırma aparılır.