XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 April 2019 - 13:26

Nardaran qəsəbə sakinindən silah-sursat və 4 ədəd xəncər aşkar edilib –Açıqlama

Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib.

Strateq.az DİN-ə istinadən xəbər verir ki, nəticədə Nardaran qəsəbəsi sakini əvvəllər məhkum olunmuş Rəşad Xudaverdiyev saxlanılıb.

Onun qəsəbə ərazisində yerləşən evinin həyətində axtarış aparılan zaman 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəng, 1 ədəd idman tapançası və 4 ədəd xəncər aşkar edilərək götürülüb.

Götürülən silah və xəncərlər qablaşdırılaraq ekspertizaya göndərilib.

Faktla bağlı R.Xudaverdiyev barəsində 42-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.