XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

11 Aprel 2019 - 20:36

Şəkidə piyadanın ölümünə səbəb olan sürücü həbs edildi –DİN-dən açıqlama

Aprelin 10-da saat 23 radələrində Şəki şəhərinin M.Ə. Rəsulzadə prospektində naməlum avtomobil yolu keçən şəhər sakini Oqtay Abdurəhimovu vurmuş və nəticədə piyada aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Strateq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, faktla əlaqədar Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin hadisəni Şəkidə məskunlaşmış Laçın rayon sakini Təvəkkül Qasımovun idarə etdiyi “VAZ 21-07 “ markalı avtomobillə törətdiyi müəyyən olunub.

T. Qasımov saxlanılaraq idarə etdiyi avtomobillə birgə ŞRPŞ-nin İstintaq bölməsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.