XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

13 Aprel 2019 - 10:22

Zaqatalada avtomobil ağaca dəyib- Ölən və xəsarət alan var

Zaqatalada minik avtomobili ağaca çırpılıb.

ONA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saat 07:00 radələrində rayonun Kəpənəkçi-Qandax avtomobil yolunda baş verib.

Rayon sakini, 1987-ci il təvəllüdlü Mehdiyev Ramin Nəsrəddin oğlu idarə etdiyi “VAZ 21011” markalı 62-BM-933 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən avtomaşını yolun kənarındakı ağaca çırpıb. Qəzadan sonra avtomobildə olan və şəxsiyyəti hələlik məlum olmayan bir nəfər rayon sakini aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Daha bir sərnişin isə aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Sükan arxasında sıxılmış vəziyyətdə qalan sürcü R.Mehdiyev əraziyə cəlb edilmiş FHN-in Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasedicilri tərəfindən avtomaşından çıxarılaraq aidiyyəti üzrə Zaqatala RMX-nın Təcili Tibbi Yardım şöbəsinin əməkdaşlarına təhvil verilib.

Hazırda hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparır, ölən və yaralanan şəxslərin kimliyi dəqiqləşdirilir.