XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Fevral 2016 - 17:12

Şirkətin meneceri maskalı şəxslərin hücumuna məruz qaldı –Bakıda

maskalilar

 

Bakıda xarici şirkətin baş meneceri maskalı şəxslərin hücumuna məruz qalıb.

 

Bu barədə Bakı şəhər sakini Rüfət Namazoviç Şirinov Daxili İşlər Nazirliyinin 102 – “qaynar xətti”nə zəng edərək məlumat verib.

 

R.Şirinov bildirib ki, Ə.Quliyev küçəsi ev 108-in qarşısında 3 nəfər maskalı şəxslər “Ener Mech” neft şirkətinin baş meniceri Böyük Britaniya vətəndaşı Young Andy adlı şəxsi hədələyərək pulunu və şəxsi əşyalarını tələb edib.

 

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları bir neçə dəfə Young Andry ilə əlaqə saxlayaraq onu bölməyə dəvət ediblər. Lakin o, dəfələrlə polisə dəvət olunmasına baxmayaraq, müxtəlif bəhanələr gətirərək bölməyə gəlməkdən imtina edib (Report).