XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

16 Aprel 2019 - 16:21

“Qırmızı Körpü”dən 3 min siqaret keçirmək istəyən şəxs tutuldu –DGK-dən açıqlama

“Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “VAZ 21074” markalı avtomobil saxlanılıb və sürücü şifahi sorğu-sual edilib.

Strateq.az Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.

Bundan sonra avtomobilə baxış keçirilib. Yoxlama zamanı avtomobilin salonunda və yük yerində gizlədilən 3000 ədəd “King” markalı siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.