XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

16 Aprel 2019 - 20:08

Azərbaycanlı futbolçu döydüyü şəxsə 155 min pul verib –Şikayətin geri götürülməsi üçün

Rusiyanın “Spartak” klubunda çıxış edən azərbaycanlı əsilli futbolçu Ayaz Quliyevin iştirakı ilə baş verən qəzanın detalları bəlli olub. 

“Mash” xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi idarə etdiyi “Mercedes” markalı avtomobillə ABŞ vətəndaşı, 29 yaşlı Maykl Kou Con Eliniyə toxunub.

ABŞ vətəndaşı heç bir xəsarət almasa da, tərəflər arasında dava düşüb. ABŞ vətəndaşına burun sümüklərinin sınması diaqnozu qoyulub.

A.Quliyev zərərçəkənə şikayətindən imtina etməsi üçün 155 min rubl ödəyib. Buna axmayaraq, Maykl Kou Con Elini xəstəxanada müayinə olunmaq və futbolçudan böyük məbləğ tələb etmək niyyətindədir.

Qeyd edək ki, Ayaz Quliyev aprelin 11-də Moskvanın Krasnoprudnaya küçəsində idarə etdiyi “Mercedes” markalı avtomobillə işıqforun qırmızı işığına məhəl qoymayaraq piyada xəttini keçən ABŞ vətəndaşı, 29 yaşlı Maykl Kou Con Eliyə toxunub. Daha sonra maşınından düşən yarımmüdafiəçi onunla mübahisə edib və yumruq zərbəsi ilə burnunu qırıb. Dərhal hadisə yerinə polis və təcili tibbi yardım maşını gəlib. Futbolçu əcnəbidən üzr istəyib və bütün xərcləri üzərinə götürüb. Bundan sonra zərərçəkən Quliyevə qarşı heç bir iddiasının olmamasına dair ərizə yazıb. Daha sonra klub futbolçunu heyətdən kənarlaşdırıb və onu cərimələyib. 

Report