XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

16 Aprel 2019 - 21:56

Salyanda polis əməliyyatı:kənd sakini külli miqdarda narkotik maddə ilə tutuldu - FOTO

Salyan sakinindən külli miqdarda narkotik maddə aşkar edilib.

Salyan polisi əməkdaşları tərəfindən rayonun Çadırlı kənd sakini, əvvəllər məhkum olunmuş, 1966-cı il təvəllüdlü Həmzəyev Tahir Barı oğlunun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilib.

Baxış zamanı həyətdə 8 ədəd çətənə kolu aşkar edilib.

Bundan sonra əməliyyat tədbirlərinin davamı olaraq T.Həmzəyevin yaşadığı evin həyətində yerləşən hamama baxış zamanı, oradan 54 ədəd kibrit qutusunda, 84 ədəd siqaret kağızı bükümündə, 5 ədəd balonda və 1 ədəd sellofan paketdə narkotik vasitə olan qurudulmuş marixuanaaşkar edilərək götürülüb. Hal şahidlərinin iştirakı ilə narkotik vasitələr maddi sübut kimi polis şöbəsinə gətirilib. İlkin istintaq zamanı T.Həmzəyev törətdiyi cinayəti etiraf edib.

Faktla bağı Salyan rayon Polis Şöbəsində araşdırma aparılır/Report.