XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

17 Aprel 2019 - 13:11

Ağdamda körpəsini boğub öldürən ana ilə bağlı cinayət işi açılıb- DİN məlumat yaydı

Daxili İşlər Nazirliyi (DİN) körpəsini boğub öldürən ana ilə bağlı məlumat yayıb.

DİN-dən Trend-ə verilən məlumata görə, aprelin 16-da Ağdam rayonunun Qərvənd kəndində yaşayan G.İsmayılova evində ailə-məişət münaqişəsi zəminində körpə qızını boğub. G.İsmayılova könüllü olaraq Ağdam RPŞ-yə gələrək təslim olub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.