XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

18 Aprel 2019 - 11:27

DİN:"Yeniyetmənin üzləşdiyi hadisə ilə bağlı araşdırma aparılır"

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının 14 yaşlı qızı S.-nın üzləşdiyi hadisə ilə bağlı onun anası Zümrüd Yağmur Daxili İşlər Nazirliyinin (DİN)“102” xidmətinə müraciət edib.

DİN-in Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə “Report”a açıqlamasında bildirib ki, müraciət edən şəxs və yeniyetmə Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə yönləndirilib: “Anası ilə qızı bölməyə dəvət edilib və onlar məsələ ilə bağlı ərizə yazıblar”.

O.Mansurzadə deyib ki, məsələ ilə bağlı polis bölməsində hazırda aparşdırma aparılır: “Araşdırmanın nəticəsindən aslı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, ötən gün Yasamal rayon ərazində S.-nın küçədə Tural Qarayev adlı şəxslə mübahisə etməsi və təzyiqə məruz qalması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.