Aprelin 24-də saat 21 radələrində Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə Kimyaçılar qəsəbə sakini, əvvəllər məhkum olunmuş Murad Məmmədovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölməsi barədə məlumat daxil olub.
DİN Mətbuat Xidmətindən Strateq.az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən şəhər sakini S.Cəfərov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.