XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 April 2019 - 15:52

Həyətində çətənə kolları yetişdirən qadın tutuldu –Balakəndə

Balakən Rayon Polis Şöbəsi və rayon Prokurorluğunun əməkdaşları daxil olmuş məlumat əsasında Gərəkli kənd sakini A.Kiçiliyevanın yaşadığı evdə əməliyyat-axtarış tədbirləri keçiriblər.

DİN Mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, qadının evindən 305 qrama yaxın narkotik vasitə olan marixuana, həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilmiş 36 ədəd çətənə kolları aşkar edilərək götürülüb.

​Faktla bağlı araşdırma aparılır.