“BDU-nun dərmandan zəhərlənən tələbəsinin vəziyyəti orta-ağırdır”.
Bunu “Report”a açıqlamasında 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.
O bildirib ki, tələbə dərman qəbul edəndən sonra zəhərlənib və qəfildən halı pisləşib: “Təcili tibbi yardımın köməkliyi ilə günorta saatlrında bizim şöbəyə gətirilib. Hazırda onun müalicələri davam etdirilir. Amma səhhəti orta-ağır olaraq qalır”.
Xatırladaq ki, hadisə bu gün baş verib.
Belə ki, 1998-ci il təvəllüdlü Səidə Nərimanovanın dərs zamanı vəziyyəti pisləşib. O, təcili tibbi yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb.
Müayinə zamanı onun dərmandan zəhərləndiyi məlum olub.