Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) bölmələrindən birinin rəisi, polkovnik Kirill Çerkalin və onun tabeliyində olan iki keçmiş əməkdaş iri məbləğdə rüşvət almaqda şübhəli bilinərək tutulub.
Məlumatı FTX-nin İctimaiyyətlə əlaqələr mərkəzi yayıb.
Bildirilib ki, həmin bölmənin keçmiş əməkdaşları – Dmitri Frolov və Andrey Vasilyev əvvəllər ciddi nöqsanlara görə hərbi xidmətdən uzaqlaşdırılıblar/Report.