XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

26 Aprel 2019 - 13:48

Zərdabda oğurluq şəxslər həbs olundu –Təfərrüat

Zərdab rayonunda oğurluq edən şəxslər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Strateq.az-a verilən məlumata görə, aprelin 24-də bir qrup rayon sakini Zərdab Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək onlara məxsus evlərdən oğurluq edilməsi barədə məlumat verib.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri Rüfət Mənsimli və Ədalət Məhəmmədli saxlanılıb.

Həmçinin R. Mənsimlinin ətafında davam etdirilən tədbirlərlə daha bir evdən oğurluq etdiyi də müəyyən edilib.

Onların oğurladığı müxtəlif növ məişət əşyaları maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.