XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

27 Aprel 2019 - 15:22

Neftçalada su hovuzunda partlayış olub- Ölən var

Neftçala rayonunda fərdi yaşayış evinin həyətyanı sahəsindəki su hovuzunda partlayış baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Cangan kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1984-cü il təvəllüdlü Vasif Məzahim oğlu Nəcəfov həyətdəki hovuza su nasosu (elektrik) ilə su vururmuş. Bu zaman təzyiqə dözməyən su hovuzunda partlayış baş verib. Nəticədə ev sahibi mişar daşları altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.